AŞPA-nın payız sessiyasında Fransa prezidenti Fransua Oland, Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edəcəklər.
AŞPA-nın saytı bildirir ki, payız sessiyası oktyabrın 10-14-də keçiriləcək. Sessiya zamanı Türkiyədəki vəziyyət, Ukrayna münaqişəsi, surroqatlıqla bağlı uşaq hüquqları, maliyyə və sosial ədalətin təminatı məsələləri, Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq müzakirə olunacaq. Estoniya xarici işlər naziri Jürgen Liqi sədrlik etdiyi AŞ Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabat verəcək.
Payız sessiyasında 2016-cı il üzrə “Vatslav Havel” insan haqları mükafatının qalibinin adı açıqlanacaq. Sessiyanın açılış günündə Büro iclası da keçiriləcək. İclasda Azərbaycanda sentyabrın 26-də Konstitusiyaya dəyişikliklərlə bağlı referendum və Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı hakimin seçilməsi məsələsi müzakirə ediləcək.
Tehsil-press.az