Oktyabrın 31-də ikinci Azərbaycan Elm Festivalı çərçivəsində Bakı Ali Neft Məktəbində (BANM) tədbir təşkil olunub.
Əvvəlcə qonaqlar bu ali təhsil ocağının tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov ölkəmizdə keçirilən elm festivalının əhəmiyyətindən söz açıb. Qloballaşan dünyada dövlətlərarası elmi əməkdaşlığın zəruriliyindən danışan rektor deyib ki, Bakıda reallaşan tədbirin əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaqdır.
Vurğulanıb ki, belə bir tədbirin keçirilməsi elmimiz üçün böyük əhəmiyyət daşımaqla yanaşı, elmi nailiyyətlərin təbliğində önəmli yer tutur. Ulu öndər Heydər Əliyevin təhsilin və elmin inkişafındakı müstəsna xidmətlərini xatırladan E.Qasımov bu sahələrin inkişafı istiqamətində Ümummilli Liderin atdığı addımlardan və onun təşəbbüsü ilə həyata keçirilən Dövlət proqramlarından söz açıb.
Diqqətə çatdırılıb ki, bu gün müvafiq sahədə aparılan islahatlar Prezident İlham Əliyevin qayğı və diqqətinin nəticəsidir.
Rektor festival haqqında fikirlərini bölüşərək bildirib ki, bu tədbir Azərbaycan elminin inkişafı və əldə olunan nailiyyətlərin təbliğində böyük töhfədir.
Bakı Ali Neft Məktəbinin professoru Fuad Vəliyev “Neft sənayesində mənfi təzyiq effekti əsasında texnoloji proseslərin səmərəliliyinin artırılması” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra tədbirdə “Sənaye təhlükəsizliyinin effektiv tənzimlənməsi iqtisadiyyatın inkişafı fonunda”, “Biokütlədən bioyanacaqların istehsalı” və “Azərbaycanda bəbirlərin cari vəziyyəti və qorunma statusu” mövzularında məruzələr dinlənilib.
Tədbir konsert proqramı ilə davam edib.

BANM-nin Mətbuat Xidməti