Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin Alman dili kafedrasının professoru Ulduz Aslanova Qazaxıstanın Alma-ata şəhərindəki Abay adına Qazaxıstan Pedaqoji Universitetində “Orta Asiya və Zaqafqaziya ölkələrində alman dilinin tədrisi” nə həsr olunmuş Alman dili qurultayında iştirak edib.
Qurultayda ”DaF in Aserbaidschan: Durchblick, Überblick, Ausblick” mövzusunda məruzə ilə çıxış edən professor U.Aslanova alman dilinin tədrisinin vəziyyəti, onun birinci və ikinci xarici dil kimi tədrisi məsələlərinə toxunub, həmçinin ADU-da alman dilinin müasir media vasitələri ilə tədrisi haqqında qurultay iştirakçılarına məlumat verib.
Professor qurultay ərəfəsində Almaniyanın Haydelberq, Frayburq, Bilefeld, Berlin universitetlərinin və Kustanay Pedaqoji Universitetinin əməkdaşlarının təqdim etdikləri təkmilləşmə seminarlarında da iştirak edib.
Qeyd edək ki, Qazaxıstanda baş tutan qurultayda, həmçinin ADU-nun Alman dilinin tərcüməsi kafedrasının dosenti Nilufər Məmmədzadə, II xarici dil kafedrasının müəllimləri Naibə Camalzadə və Ruhlanə Rəhmanova da iştirak edib.

ADU-nin Mətbuat Xidməti