Dillər Universitetində pedaqoji təcrübənin yekun konfransı keçirildi

Dillər Universitetində pedaqoji təcrübənin yekun konfransı keçirildi 23 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili), Filologiya və Jurnalistika fakültələrinin 2015-2016-cı tədris ilində bakalavr ali təhsil pilləsinin əyani şöbəsinin IV kurs, qiyabi şöbəsinin V kurs tələbələrinin pedaqoji təcrübəsinin yekununa həsr olunan konfrans keçirildi. Konfransda ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə, Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev, Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov, universitet üzrə Pedaqoji təcrübə rəhbəri Məmməd İsmayılov, eləcə də pedaqoji təcrübədən qayıdan tələbələr iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan professor Dünyamin Yunusov pedaqoji təcrübənin tələbələrin həyatında əlamətdar hadisə olduğunu söyləyərək onları təbrik etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Öz növbəsində təcrübədən qayıdan tələbələr bu müddətdə əldə etdikləri nailiyyətlər barədə çıxış etdilər, onlara dəstək olan universitet rəhbərliyinə, dekanlıqlara və təhkim olunduqları pedaqoji təcrübə rəhbərlərinə dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirdə iştirak edən Nəsimi rayonu 35 saylı tam orta məktəb üzrə Metodbirləşmənin rəhbəri Sədaqət Məmmədova da pedaqoji təcrübədə olan tələbələri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O, pedaqoji təcrübənin hər bir tələbənin pedaqoq kimi formalaşmasında əvəzedilməz rolu olacağını da qeyd etdi.

ADU-nun Mətbuat Şöbəsi


Dillər Universitetində pedaqoji təcrübənin yekun konfransı keçirildiDillər Universitetində pedaqoji təcrübənin yekun konfransı keçirildiDillər Universitetində pedaqoji təcrübənin yekun konfransı keçirildi

Oxşar xəbərlər