Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsi, Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi və Rusiya Federal Əməkdaşlıq Agentliyi - «ROSSOTRUDNİÇESTVO»nun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazriliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 18-20 may tarixlərində Bakıda “Bakıda Peterburq görüşləri” adlı maarifləndirici aksiya baş tutub.
“Bakıda Peterburq görüşləri” çərçivəsində tədbirlərin Bakının müxtəlif məkanlarında keçirilməsi nəzərdə tutulub. Bakı Slavyan Universitetində (BSU) rus dili, ibtidai sinif, təsviri incəsənət və texnologiya müəllimləri üçün qısa ixtisasartırma kursları və ustad dərsləri təşkil olunub. Açılışda çıxış edən BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov “Bakıda Peterburq görüşləri”nin təşkil olunmasının mahiyyətindən söz açıb. Qeyd edilib ki, BSU-da keçirilən tədbirin əsas məqsədi Bakı və Sankt-Peterburq şəhərlərinin ali və orta təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsindən, tədris rus dilində aparılan məktəblərdə çalışan fənn müəllimlərini, həmçinin BSU-nun müvafiq kafedralarının gənc müəllimlərini, magistrantları, sonuncu kurs tələbələrini elmi-metodiki yeniliklər, ən yeni pedaqoji texnologiyalar və yanaşmalarla tanış etməkdir.
Sonra tədbirin davamında Sankt-Peterburq Diplomdan sonrakı Pedaqoji Təhsil Akademiyasınının Filoloji təhsil kafedrasının dosenti İ.A.Şerstobitovanın “Müasir dərs: tələblər və onların reallaşdırılması imkanları”, “Rus dilinin tədrisində konsept hissələri ilə iş”, “Rus folkloru şagirdlərin kommunikativ kompitentliyinin formalaşmasında alət kimi” mövzularda mühazirə və ustad dərsləri dinlənilib.
Ənənəvi dekorativ tətbiqi incəsənət üzrə də ustad dərsləri keçirilib. Sankt-Peterburq Dövlət Kukla Teatrının rəssam-heykəltaraşı, təsviri və tətbiqi incəsənət müəllimi, psixoloq-məsləhətçi, art -terapevt Y.Q.Ozerova BSU-nun İbtidai təhsil kafedrasının müəllimləri, tələbələr və Bakı məktəblərinin ibtidai sinif, rəsm və texnologiya müəllimləri üçün dərs nümunələri nümayiş etdirib, dərs ərzində onlarla birgə tozağacından “Qızılgül suveniri” hazılayıb.
Mayın 19-da bölmə öz işini Sankt-Peterburq Dövlət Universitetinin Rus dilinin əcnəbi dil kimi tədrisi və metodikası kafedrasının dosenti M.S.Şişkovun “Rus dili dərslərində radio və kinonun dili”, “Rus dilinin qrammatikasının əcnəbi dil kimi tədrisində oyun texnologiyaları”, “Rus dili dərslərində filmlərlə iş sistemi” mühazirələri və Y.Q.Ozerovanın “Kukla teatrı üçün əlcək hazılanması” üzrə ustad dərsi ilə davam etdirib.
Ustad dərsləri və qısamüddətli ixtisasartırma kurslarının dinləyicilərinə sertifikatlar təqdim olunmamışdan öncə MAPRYAL prezidenti, akademik L.A.Verbitskayanın tapşırığı ilə bu təşkilatın təmsilçisi Maksim Şişkov rus dilinin, rus ədəbiyyatının və mədəniyyətinin yayılmasında böyük töhfəsinə görə Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyevə Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Aassosiasiyasının (МАПРЯЛ) A.S.Puşkin medalını təqdim edib.
Dinləyicilərə sertifikatları təqdim edən Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədr müavini S.L.Markov tədbirlərin BSU-da yüksək səviyyədə təşkilinə görə professor A.Hacıyevə minnətdarlığını bildirib və BSU ilə əlaqələrin gələcəkdə daha da genişləndiriləcəyinə əmin olduğunu vurğulayıb. Sankt-Peterburq Hökuməti Elm və ali təhsil komitəsinin məsul işçisi A.P.Volkova, Sankt-Peterburq Dövlət Universitetinin Sosial-psixoloji iş fakültəsinin dekanı, dosent İ.V.Mişina BSU ilə tanışlıqdan məmnun qaldıqlarını, Sankt-Peterburq universitetləri ilə əlaqələrin qurulmasına dəstək verəcəklərini bildiriblər.
Sankt-Peterburq Hökumətinin nümayəndələri BSU nəzdində fəaliyyət gösətərən Sankt-Peterburq tədris və mədəniyyət mərkəzinə, rus dilinin tədrisində yüksək nailiyyət əldə etmiş Bakı məktəblərinə kitablar, bədii ədəbiyyat və dərs vəsaitləri bağışlayıb.

BSU-nun Mətbuat xidməti