Azərbaycan Dillər Universitetinin (ADU) Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəllinin rəhbərliyi ilə universitetdə mütəmadi olaraq “Hazırkı dilçilik paradiqmi: törəmə və koqnitiv dilçilik” mövzusunda seminarlar təşkil olunur. 20 may tarixində keçirilən bu qəbildən olan növbəti seminarda Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov “Dil və mədəniyyət əlaqəsində antroposentrik prizmadan baxış” adlı məruzə ilə çıxış etdi.
Professor Fikrət Cahangirov dilçilikdə paradiqmaların əvəzlənməsindən söz açaraq dil və mədəniyyətin yeni paradiqmada tutduğu mövqedən danışdı. Dilçilikdə üç - müqayisəli-tarixi, struktur və antroposentrik paradiqmanın ayırd edildiyini söyləyən professor müasir dilçilikdə dilin antroposentikliyi ideyasının hakim mövqe tutduğunu bildirdi. O, antroposentrik paradiqma çərçivəsində formalaşan müasir dilçiliyin əsas istiqamətlərinin koqnitiv dilçilik, dil və mədəniyyət olduğunu qeyd etdi. Koqnitologiya və Linqvokulturologiyadan söz açan professor Azərbaycanda koqnitiv dilçiliyin yayılmasında professorlar Fəxrəddin Veysəlli və Azad Məmmədov, həmçinin dosent Misgər Məmmədovun danılmaz əməyini vurğuladı. F.Cahangirov V.Fon Humboldt, İ.Herder, A.A. Potebnya və K.Fosslerin fikirlərini də diqqətə çatdırdı, dil və mədəniyyətin qarşılıqlı əlaqəsinə dair E.Sepirin baxışlarından söz açdı.
F.Cahangirov eyni zamanda dünyanın konseptual və dil mənzərəsi arasında əlaqə, etnik mentallıq, dünya mənzərəsi və dil, mentalitet və mentallıq, region dilinin linqvokulturoloji təsviri, dialektlər, xalq şivəsi, arqo altmədəniyyət kimi, metafor mədəniyyət daşıyıcısı kimi, mədəniyyətə rənglər prizmasından baxış, linqvistik nisbilik, Sepir-Uorf fərziyyəsi haqqında da geniş məlumat verdi.
Seminar iştirakçıları maraqlandıran sualların səsləndirilməsi ilə başa çatdı.

ADU-nun Mətbuat Şöbəsi