Alimlər xərçəngin qidalar və ekologiya ilə əlaqəsini təkzib edən faktları aşkara çıxarıblar. Sən demə, 1.7 milyon il əvvəl yaşamış insanın əcdadında da bu xəstəlik olub.
Paleontoloqlar “bəşəriyyətin beşiyi” sayılan CAR-da sivilizasiyadan əvvəlki insana aid sümüklər tapıblar. O sümüklərin sahiblərinin ayaqlarında və ayaq sümüklərində xərçəngin əlamətləri aşkarlanıb. Bu tapıntı növbəti dəfə “paleodieta”nın faydaları barədə mifik fikirləri təkzib edib.
Sən demə, xərçəng həmişə bizim təkamülü izləyib. Bu barədə South African Journal of Science jurnalında dərc olunan məqalədə qeyd olunur.
“Müasir tibb hesab edir ki, xərçəng və müxtəlif şişlər müasir həyat tərzinin pozulmasının və ətraf mühitin çirklənməsinin məhsuludur. Bizim araşdırmalarımız göstərir ki, bu xəstəlik artıq milyon illər əvvəl, sənaye ölkələrinin yaranmasından çox-çox qabaq mövcud olub”, — deyə CAR-dakı Vitvatersrand Universitetinin əməkdaşı Edvar Ouds (Edward Odes) bildirib.
Ouds və onun kollektivi “bəşəriyyətin beşiyi” adlandırılan yerdə, Yohannesburqun yaxınlığında yerləşən çökmə süxurların olduğu xüsusi kompleksdə aparılan qazıntı işləri zamanı bu faktın üstünü açıblar. Onların işlədiyi yerdə çox sayda Australopithecus Sediba adlanan qədim insanların və onların əcdadlarının sümükləri aşkarlanıb. Australopithecus Sediba bu gün Homo nəslindən olanların əcdadları olmağa əsas namizəd sayılırlar.
2009-cu ildə, qədim hominidlərin bu növdən olan qalıqlarının Li Berger tərəfindən açılmasından sonra alimlər fasiləsiz olaraq Malapa mağarası və Svartkrans kompleksi yanında qazıntı işləri aparırlar. Onlar avstralopiteklərin yeni qalıqlarını tapmağa və insanın təkamülünün “itirilmiş” nəslinin roluna iddia edənləri təsdiq, yaxud da inkar etməyə cəhd göstərirlər.
Berger öz komandası ilə birlikdə burada maraqlı tapıntılar əldə edib. Bu tapıntılar içərisində ən qədim insanda mövcud olmuş xərçəng və xoşxassəli şişlərin izləri aşkarlanıb. Bu qorxulu xəstəliyin əlamətləri 1.7-1.98 milyon il əvvəl Svartkrans mağarasında yaşamış avstralopitek sedibasına aid iki naməlum hominidin sümüklərinin tədqiqi zamanı ortaya çıxıb.
Bu qalıqlar sümük osteoması adlanan sümüklərin xoşxassəli şişlərindən əziyyət çəkən 12-13 yaşlarında iki gənc məhbusa aiddir. Bu şişlər sümüklərin daxilindəki sümük toxumalarında nəzarət olunmayan böyümə nəticəsində meydana gəlir.
İndiyə qədər belə şiş elmə məlum olan ən gənc primatda aşkarlanmışdı. Osteomanın araşdırılması zamanı məlum olmuşdu ki, bu primatın belə gənc yaşda ölməsinin səbəbi şişin kəskin xroniki xəstəliklə müşayiət olunması olub.
Avstralopitekin daha qədim qalıqlarında isə öz növbəsində daha qorxulu şişlərin — bədxassəli osteosarkomanın izləri aşkarlanıb. Bu xəstəlik sözügedən fərdlərin ayaq və ayaq barmaqlarına yayılıb.
Yəqin ki, bu sümük törəmələri primatların yeriməsinə mane olub və eynilə osteomada olduğu kimi mağaranın ilk sakinləri üçün çox ağrılı keçib. Təəssüf ki, bu şişlərin daşıyıcılarının cinsini və yaşını qalıqların parçalanması səbəbindən dəqiq təyin etmək mümkün olmayıb.
Alimlər qeyd edirlər ki, qədim insanlar arasında ən qədim xərçəng xəstəliyinə dair nümunələr Xorvatiyadakı Krapina mağarasında tapılan neandertallarda aşkarlanıb. O neandertalların yaşı isə cəmi 120 min il olub. Berger və onun kolleqalarının fikrincə, insan nəslindən olanların ən qədim nümunələrində aşkarlanan bu fakt göstərir ki, insanlar arasında mövcud olan həmin şişləri təbiətin çirklənməsi, qidaların bişirilməsi və yaxud da xam “paleodieta”larla izah etmək olmaz.
Tehsil-press.az