Moskva Dövlət Universitetinin Bakı filialı “Açıq qapı” günü təşkil edib

Moskva Dövlət Universitetinin Bakı filialı “Açıq qapı” günü təşkil edib Noyabrın 26-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında abituriyentlər üçün “Açıq qapı” günü keçirilib.
Tədbirdə MDU-nun Bakı filialının prorektoru, professor Azad Tağızadə təhsil müəssisəsinin fəaliyyətindən danışıb. “Açıq qapı” gününün abituriyentləri 2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları ilə tanış etmək məqsədi daşıdığı bildirilib.
Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin alimləri bu ali məktəbin Bakı filialının fakültələri, təhsil pillələri (bakalavriat, magistratura və s.), qəbul qaydaları, tədris proqramları və s. barədə ətraflı məlumat veriblər.
“Açıq qapı” günündə abituriyentlər MDU–nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr hazırlığı ilə bağlı hərtərəfli məlumat almaq imkanı əldə ediblər.

MDU-nun Mətbuat Xidməti


Moskva Dövlət Universitetinin Bakı filialı “Açıq qapı” günü təşkil edibMoskva Dövlət Universitetinin Bakı filialı “Açıq qapı” günü təşkil edib

Oxşar xəbərlər