“ADA” Universiteti 2016-2017-ci tədris ilindən başlayaraq təhsil haqqına yeni güzəştlər və yeni tələbə krediti imkanları təklif edir. Bu haqda həftə ərzində Universitetdə abituriyentlər və onların ailə üzvləri üçün təşkil edilən “Açıq Qapı” günlərində bildirilmişdir.
“ADA” Universiteti Azərbaycanın aparıcı banklarından biri olan PAŞA Bankla birgə ali təhsilin kreditləşməsi proqramını həyata keçirəcək. Bakalavr və magistr tələbələri semestr üzrə təhsil haqqını uzun müddətli (bakalavrlar üçün 9 ilədək, magistrlar üçün 5 ilədək) sosial kreditlər vasitəsi ilə ödəmək imkanı əldə edəcəklər. Bir sıra parametrlərlə yanaşı, tələbənin akademik göstəricilərindən də asılı olacaq 30% ilkin ödənişlə verilən milli valyuta kreditlərinin illik faiz dərəcəsi 7% təşkil edir. PAŞA Bank ilə tərəfdaşlıqda hazırlanan bu təhsil krediti proqramının məqsədi Universitetin tədris etdiyi ixtisaslara ölkəmizin bütün güşələrindən ən istedadlı gənclərin cəlb edilməsidir.
Universitet qəbul imtahanlarında yüksək bal toplayan tələbələri həvəsləndirmək məqsədi ilə qəbul balına əsasən təqaüd proqramını da elan etmişdir. Belə ki, Dövlət İmtahan Mərkəzi (TQDK) tərəfindən keçirilən imtahanlarda
690-700 bal toplamış abituriyentlər bir il müddətinə təhsil haqqına 100%, 660-689 bal toplamış abituriyentlər bir semester müddətinə təhsil haqqına 40%, 640-659 bal toplamış abituriyentlər bir semester müddətinə təhsil haqqına 30%, 620-639 bal toplamış abituriyentlər bir semestr müddətinə təhsil haqqına 20% güzəşt əldə etmiş olurlar.
Təhsil müddətinin növbəti illərində tələbələr Universitet tərəfindən maliyyə dəstəyi almaqda davam edə biləcəklər. Belə ki, semestr üzrə orta qiymət balı 4.0 (əla) olan tələbələr növbəti semestrin təhsil haqqına 100% güzəşt alacaqlar. Orta qiymət balı nisbətən yuxarı olan tələbələr də (3.00-3.89) müxtəlif məbləğlərdə güzəşt əldə edəcəklər.
Xatırladaq ki, bu il “ADA” Universiteti aşağıdakı ixtisaslar üzrə bakalavriat proqramına qəbul elan etmişdir: I qrup üzrə kompüter elmləri, kompüter mühəndisliyi, sistem mühəndisliyi, informasiya texnologiyaları, II qrup üzrə beynəlxalq münasibətlər, biznesin idarə edilməsi, iqtisadiyyat, III qrup üzrə dövlət və ictimai münasibətlər.
Universitetdə təhsil ingilis dilindədir. İngilis dili səviyyəsi məqbul olmayan tələbələr əlavə EAPP (English for Academic Purposes Program) dil hazırlıq proqramında təhsil almalıdırlar.
“ADA” Universiteti dövlət ali təhsil müəssisi kimi “Azərbaycan Diplomatik Akademiyası” adı altında 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmişdir. 2014-cü ilin yanvar ayından etibarən Universitet kimi fəaliyyətini davam etdirir. Hazırda Universitet nəzdində dörd institut- İctimai və Beynəlxalq Münasibətlər İnstitutu, Biznes İnstitutu, İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu, Təhsili İdarə edilməsi İnstitutu səkkiz bakalavr və beş magistr ixtisası üzrə ali təhsil verir. Beynəlmiləl tələbə və müəllim heyəti 40 müxtəlif ölkənin təmsilçisi olan Universitetdə iki min nəfərdən çox tələbə ali təhsil alır. Tələbələr oxuduqları müddətdə “ADA” Universitetinin akademik tərəfdaşı olan dünyanın aparıcı universitetlərində mübadilə semestrində iştirak edə bilərlər.
ADA-nın Mətbuat Xidməti