Eksperimentlərdə hamiləlikdə fasilənin mümkünlüyü sübut olunub

Eksperimentlərdə hamiləlikdə fasilənin mümkünlüyü sübut olunub Kaliforniya Universitetinin əməkdaşları siçanların nümunəsində göstəriblər ki, erkən mərhələdə embrionların inkişafını müvəqqəti dayandırmaq olar. Fasilə müddəti bir aydır. Dayandırılmadan sonra embrionlar normal böyüməyə davam edir. Bu kəşf bəlkə də reproduktiv texnologiyalarda inqilab yaradacaq, yaşlanma və xərçəngə qarşı vasitələrin yaradılması ilə nəticələnəcək.
Təcrübələr blastosistlərlə aparılıb. Bu, məməlilərin dölünün inkişafının erkən mərhələsidir. Alimlər mTOR əsas hüceyrə artımı tənzimləyicisinin aktivliyini tormozlayan preparatlardan istifadə ediblər. Onlar dölləri sabit və dönən anabioz vəziyyətinə gətiriblər. Blastosistlər laboratoriyada adətən bir-iki gün yaşayır. Lakin mTOR inhibitorları ilə emal edildikdə onlar dörd həftəyə qədər yaşayır, amma nəzəriyyədə bu müddəti artırmaq olar.
İnhibitorlar götürülən kimi döllərin inkişafı sürətlə bərpa olunub. Onlardan sağlam siçan balaları dünyaya gəlib. Daha sonra müəyyən edilib ki, elə bu embrionlardan əldə edilən siçanların embrional gövdə hüceyrələrini də mTOR inhibitorları ilə anabioz vəziyyətinə gətirmək olar. Vasitələr genomun böyük hissəsində genlərin fəallığını azaldaraq işləyib. Müxtəlif inhibitorların testi göstərib ki, yeni sintetik vasitə olan Rapa-Link bunların ən təsirlisidir.

Tehsil-press.az

Oxşar xəbərlər