Noyabrın 12-də Naxçıvan Dövlət Texniki Kollecində gələn il ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair seminar keçiriləcək.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanının yeni qaydalarına dair məruzə ilə çıxışı nəzərdə tutulub.
TQDK-nın şöbə müdiri Afiqə Batıyevanın moderatorluğu ilə Azərbaycan dili fənni üzrə keçiriləcək seksiya iclasında Bakı Dövlət Universitetinin (BDU) nəzdində Türk liseyinin müəllimi Saməddin İbrahimov buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında çıxış edəcək.
Seminar çərçivəsində TQDK-nın şöbə müdiri Oleq Şelaqinovun və sektor müdiri Aydın Qasımovun moderatorluğu ilə keçiriləcək riyaziyyat fənni üzrə seksiya iclasında BDU-nun dosenti İmran Abdullayevin buraxılış imtahanı proqramı haqqında məruzəsi dinləniləcək.
Tədbirdə, həmçinin BDU-nun “Gənc istedadlar” liseyinin müəllimi Aqşin Abdullayevin test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında çıxışı nəzərdə tutulub.

TQDK-nın Mətbuat Xidməti