Dekabrın 2-də ABŞ-ın Çikaqodakı İllinoys Universitetinin (UIC) rektoru Robert Bariş və həmin təhsil ocağının professoru Konstantin Slavin Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Bu ali məktəbin rektoru vəzifəsini icra edən Xaliq Yahudov universitet haqqında qonaqlara ətraflı məlumat verib. İllinoys Universiteti ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən X.Yahudov ABŞ-ın elm və sənaye sahəsində əldə etdiyi nailiyyətlərdən söz açıb, əməkdaşlığın və təcrübə mübadiləsinin yeni imkanlar yaradacağına əminliyini bildirib.
UIC-in uğurlarından danışan R.Bariş deyib ki, hər iki universitetdə eyni profilli fakültələr fəaliyyət göstərir. Elə buna görə də AzTU ilə əməkdaşlıq etmək niyyətindəyik.
Görüşdə, həmçinin əməkdaşlığın əsas istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb və gələcəkdə görüləcək işlər barədə razılıq əldə edilib.

AzTU-nun Mətbuat Xidməti