Azərbaycan Texniki Universitetinin rektor əvəzi Xalıq Yahudov Universitetin bütün fakültələrinin birinci kurs tələbələri ilə görüşüb. X.Yahudov ilk öncə dövlətin təhsilə olan qayğısından geniş danışaraq gənclərə onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etmələrini tövsiyə edib. XXI əsrin yüksək texnologiyalar əsri olduğunu söyləyən X.Yahudov bu ali məktəbdə tədris metodlarının təkmilləşdirildiyini, müasir laboratoriyaların olduğunu bildirib və milli iqtisadiyyatın inkişafını təmin edən texniki və texnoloji əsaslarını mənimsəyən mühəndis kadrların hazırlanması üçün bütün şəraitin yaradıldığını söyləyib.
X.Yahudov beynəlxalq əlaqələrin genişləndirilməsindən, Universitetdə uğurla həyata keçirilən layihələrdən söz açıb, tələbələri bu layihələrdə iştirak etməyə çağırıb.
Tələbələrlə səmimi və bir ata qayğısıyla danışan X.Yahudov onların irad və təkliflərini dinləyib, suallarını cavablandırıb və bildirib ki, istedadlı tələbələrə qayğı göstərilməsi, imkan və şərait yaradılması vacibdir.
Eyni zamanda X.Yahudov bütün hallarda tələbələrin yanında olacağını, onları narahat edən problem olduqda isə rəhbərliyə müraciət etmələrini bildirib.

AzTU-nun Mətbuat Xidməti