Azərbaycanda daha 26 aqroparkın tikilməsi planlaşdırılır

Azərbaycanda daha 26 aqroparkın tikilməsi planlaşdırılır Azərbaycanda daha 26 aqroparkın tikilməsi planlaşdırılır.

Tehsil-press.az-ın məlumatına görə, bu sözləri Milli Məclisdə 2017-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, aqroparklar ölkənin 19 rayonunda yaradılacaq. Bu aqroparklarda müxtəlif emal və istehsalat müəssisələrinin tikilməsi nəzərdə tutulur.
Hazırda Azərbaycanda iki - “Yalama” və “Şəmkir” aqroparklarının yaradılması ilə bağlı işlər davam edir.
Ş.Mustafayev qeyd edib ki, Şəmkir aqroparkında birinci mərhələ çərçivəsində işlər gedir, Yalamada isə tikintinin ilk mərhələsi başa çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər