Dekabrın 10-da Xaçmazdakı Tarix Diyarşünaslıq Muzeyində gələn il ümumi təhsil səviyyəsi (9 illik) üzrə aparılacaq buraxılış imtahanının yeni modelinə dair seminar keçiriləcək.
Azərbaycan dili fənni üzrə seksiya iclasında komissiyanın şöbə müdiri Afiqə Batıyevanın ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modeli haqqında məlumat verəcəyi, Bakı Dövlət Universitetinin (BDU) nəzdində Türk liseyinin müəllimi Saməddin İbrahimovun buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında çıxışı nəzərdə tutulub.
Seminarın riyaziyyat fənni üzrə seksiya iclasında isə TQDK-nın sektor müdiri Aydın Qasımovun ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modeli haqqında məlumat verəcəyi, BDU-nun dosenti İmran Abdullayevin buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında çıxış edəcəyi gözlənilir.

TQDK-nın Mətbuat Xidməti