Qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyası təsdiq edir ki, Azərbaycan 2012-ci ilin yanvar ayından 2014-cü ilin dekabr ayınadək qızılcanın rəsmi sənədlə təsdiqlənmiş eliminasiyasına nail olub. Bu fakt bütün Avropa regionunda qızılca və məxmərəyin eliminasiyasına çatmaq üçün əhəmiyyətli töhfədir.
Tehsil-press.az xəbər verir ki, bu, Azərbaycanın Səhiyyə Nazirliyinə qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyasından daxil olan sənəddə əks olunub. Komissiyanın digər sənədi isə həmin dövrdə Azərbaycanda məxmərəyin eliminasiyasına nail olunduğunu rəsmən təsdiqləyir.
Hər iki sənədi qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyasının sədri Günter Pfaf imzalayıb. Bu komissiya Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional bürosu tərəfindən yaradılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyinə DST-nin Avropa regional bürosunun direktoru xanım Jujanna Yakabın imzası ilə minnətdarlıq məktubu da daxil olub. Məktubda deyilir: “Malyariyadan azad Avropaya doğru yolda mühüm fəaliyyətinizin təsdiqi nişanəsi olaraq 2016-cı il aprelin 20-də DST-nin Avropa regional bürosu Avropa ərazisində malyariyanın yerli ötürülməsində fasiləyə nail olunduğunu bəyan etdi. Beləliklə, Avropa dünyada malyariyadan azad ilk region oldu. Bu nailiyyəti mümkün edən möhkəm siyasi tərəfdaşlığınıza, yüksək sayıqlığınıza və sərf etdiyiniz resurslara görə sizə DST adından minnətdarlığımı bildirmək istərdim”.
Tehsil-press.az