Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional bürosunda zərərli qida məhsullarının internetdə və mobil əlavədə reklamının mənfi nəticələri barədə yeni məruzə təqdim edilib.
Tehsil-press.az BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, məruzə müəlliflərinin fikrincə, valideynlər uşaqlarının piylənməsinə və ailə büdcəsində əlavə xərclərə gətirib çıxaran bu problemin ciddiliyini heç dərk etmirlər.
Bu gün internetdə marketinq hər bir uşağın fərdi xüsusiyyətini və onun sosial əhatəsini nəzərə alan güclü təsir alətidir. Çox vaxt valideynlər övladlarının şəbəkədə nə ilə məşğul olduqlarını izləmir və buna görə də problemin miqyasını düzgün qiymətləndirə bilmirlər. Reklam verənlər ən müxtəlif platformalardan, o cümlədən oyunlardan, sosial şəbəkələrdən, cizgi filmlərindən, habelə məşhur adamların xidmətlərindən istifadə edirlər.
Səhiyyə sahəsində ekspertlər hökumət orqanlarını bu problemi həll etmək üçün işə başlamağa çağırıblar. DST-nin Avropa regional bürosunun direktoru deyib: “Bizim ölkələrdə uşaqlarda piylənmənin profilaktikası prioritet vəzifə hesab olunur. Buna baxmayaraq biz daim müşahidə edirik ki, əhalinin həssas kateqoriyası olan uşaqlarımız tərkibində böyük miqdarda yağ, duz və şəkər olan məhsulların rəqəmsal marketinqinin istifadə etdiyi saysız-hesabsız gizli yollarının obyektinə çevrilirlər”.
Hazırda Avropa ölkələrində ürək-damar xəstəliklərinin başlıca amilləri olan piylənmədən və köklükdən məktəb yaşına qədər uşaqların təxminən 25 faizi əziyyət çəkir. Cinsi yetkinliyə qədər artıq çəkisi olan uşaqların 60 faizindən çoxu yetkinlik yaşına çatanadək koppuş qalırlar.
Tehsil-press.az