Milli Statistika Sisteminin xarici auditi keçirilir 

Milli Statistika Sisteminin xarici auditi keçirilir  12-16 sentyabrda Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi (xarici audit) keçiriləcək.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, Statistika Komitəsində Qiymətləndirmə üzrə Beynəlxalq Qrupun üzvləri ilə görüş keçirilib. Komitənin sədri Tahir Budaqov bildirib ki, məqsəd statistika sahəsində inzibati və texniki potensialın, milli statistikanın beynəlxalq standartlara, Avropa statistikasının normalar məcəlləsinə uyğunluğunun auditi nəticəsində ölkənin rəsmi statistika sisteminin müasir səviyyəsinin qiymətləndirilməsidir.
5 gün davam edəcək qiymətləndirmə çərçivəsində qanunvericiliyin, milli statistika sisteminin strukturu və təşkilinin , koordinasiyanın əsaslı təhlili nəzərdə tutulub. Qlobal qiymətləndirmə zamanı müxtəlif dövlət strukturları və rəsmi statistikanın digər istehsalçıları ilə də görüşlər keçiriləcək.


Tehsil-press.az

Oxşar xəbərlər