Azərbaycanda müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 27 milyard manat tələb olunur (YENİLƏNİB)

Azərbaycanda müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 27 milyard manat tələb olunur (YENİLƏNİB) Hesablamalara görə, 2020-ci ilədək nəzərdə tutulmuş prioritetlərin yerinə yetirilməsi üçün iqtisadiyyata təxminən 27 milyard manat investisiya qoyuluşunun tələb ediləcəyi proqnozlaşdırılır.

Tehsil-press.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.
Qeyd olunur ki, bu məbləğ bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb olunan cəmi vəsaiti əks etdirir. Nəzərdə tutulan vəsait bütün növ dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcək. Bu investisiyalar Azərbaycan iqtisadiyyatı üçün 2020-ci ilədək müəyyən edilmiş hədəflərdən əlavə, gələcək üçün nəzərdə tutulmuş hədəflərə təsir baxımından da bünövrə rolunu oynayacaq. Prioritet sektorlar və ya iqtisadiyyatın digər sektorları üzrə yeni strateji hədəflərin müəyyənləşdirilməsi Azərbaycana Strateji Yol Xəritəsinin prioritetlərinin müsbət trayektoriyası ilə daha yüksək hədəflərə çatmağa kömək edəcək.
Müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 27 milyard manat həcmində investisiyanın tələb olunacağı proqnozlaşdırılır. Bu məbləğ bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb olunan cəmi vəsaiti əks etdirir və bütün növ dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcək. Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcək:

● dövlət büdcəsi;
● büdcədənkənar fondlar;
● Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti;
● yerli büdcələr;
● mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri;
● birbaşa xarici investisiyalar;
● ölkənin bank sisteminin kreditləri və qrantlar;
● beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımı;
● qanunvericiliklə qadağan olunmayan digər mənbələr.


Maliyyə vəsaitlərinin müəyyən edilmiş strateji hədəflər üçün ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaq. Tələb olunan maliyyə vəsaitlərinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər