Kubadan Azərbaycana çağırış: sərmayə qoyun

Kubadan Azərbaycana çağırış: sərmayə qoyun Kuba hökuməti Azərbaycanlı investorları ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırır. Dekabrın 7-də səlahiyyətlərinin icrasına başlayan Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib.
Onun sözlərinə görə, Kuba hökuməti investisiyaların qorunmasını təmin etməyə hazırdır.
"Kubada 2014-cü ilin mart ayında xarici investisiyalar haqqında qanun quvvəyə minib. Ölkədə azad iqtisadi zonanın yaradılması elan edilib", - deyə Portuondo bildirib.
Onun sözlərinə görə, Azərbaycanlı investorlara maraqlı ola biləcək sahələrini müəyyənləşdirmək lazımdır: "Azərbaycan öz növbəsində əməkdaşlığın inkişafı üçün Kubaya bir çox sahələr təklif edə bilər. Məsələn, energetika sahəsi Kuba üçün maraqlı ola bilər".

Tehsil-press.az

Oxşar xəbərlər