Azərbaycan hökuməti turizm obyektlərinin vergidən azad olunması məsələsinə baxa bilər. Tehsil-press.az-ın məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov Bakıda mətbuat konfransında deyib.
S.Ələkbərov bildirib ki, sözügedən məsələ Vergilər Nazirliyinin səlahiyyətinə daxil deyil, əgər bu, ölkənin sosial-iqtisadi siyasətinə uyğun olacaqsa, bu addımı atmaq olar.
Onun sözlərinə görə, turizm obyektlərinin vergidən azad edilməsinə kompleks şəkildə baxmaq lazımdır ki, ayrı-ayrı şəxslər güzəştlərdən sui-istifadə etməsinlər: "Bu addım atılsa, ölkə əhalisinin xeyrinə olmalı, dövlət büdcəsinə daxilolmaların artmasına gətirtib çıxarmalıdır".
Tehsil-press.az