Şagirdlərin mənəvi aləminin zənginləşməsində mütaliənin müstəsna rolu var

Şagirdlərin mənəvi aləminin zənginləşməsində mütaliənin müstəsna rolu var Təhsil Nazirliyinin tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə “Məktəblilər üçün oxu” layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin əməkdaşları, millət vəkilləri, layihəyə dəstək verən şəxslər iştirak edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəsi işinin təşkil edilməsi, onların mütaliəyə həvəsinin daha da gücləndirilməsi və mütaliə vərdişlərinin inkişaf etdirilməsi yönündə keçirilən tədbirlərdən danışıb. Nazir müavini "Məktəblilər üçün oxu" layihəsinin şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasında bir vasitə olacağına ümidvar olduğunu vurğulayıb, layihənin ərsəyə gəlməsində köməklik göstərən və sosial məsuliyyətlilik nümayiş etdirən iştirakçılara minnətdarlığını bildirib.
Çıxış edənlər şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, mütaliənin müstəsna rolu olduğunu qeyd edib, bu məqsədlə həyata keçirilən layihəni yüksək qiymətləndiriblər.
“Məktəblilər üçün oxu” layihəsi “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” təhsil nazirinin əmrinə əsaslanaraq, şagirdlərdə mütaliə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək məqsədilə hazırlanıb.
“Təhsil” televiziyası layihə çərçivəsində tanınmış şəxslərin iştirakı ilə dərsliklərdə yer almış, eləcə də sinifdənxaric oxu üçün nəzərdə tutulmuş 20-dən çox əsərin video formatını hazırlayıb. Layihədə millət vəkilləri, dövlət strukturlarının əməkdaşları, yazıçılar, mədəniyyət xadimləri, jurnalistlər iştirak edərək, mütaliə vərdişlərini inkişaf etdirmək tədbirlərinə fəal dəstək veriblər.
Layihə “Təhsil” TV ilə əməkdaşlıq çərçivəsində “ARB Günəş”TV-də yayımlanacaq.
Mərasimdə məlumat verilib ki, “Təhsil” televiziyası mütaliə həvəsini daha da gücləndirmək məqsədilə, həmçinin bədii əsərlərin müzakirəsinin təşkil olunduğu “Qiraətçi” verilişinin yayımına başlayır. Yeni verilişdə şagirdlər müəllimlərinin, eləcə də mütəxəssislərin iştirakı ilə mütaliə etdikləri bədii əsər barədə fikir mübadiləsi aparırlar.
Tədbirin sonunda layihəyə dəstək göstərən şəxslərə Təhsil Nazirliyinin təşəkkürnaməsi təqdim olunub.


Şagirdlərin mənəvi aləminin zənginləşməsində mütaliənin müstəsna rolu varŞagirdlərin mənəvi aləminin zənginləşməsində mütaliənin müstəsna rolu varŞagirdlərin mənəvi aləminin zənginləşməsində mütaliənin müstəsna rolu varŞagirdlərin mənəvi aləminin zənginləşməsində mütaliənin müstəsna rolu varŞagirdlərin mənəvi aləminin zənginləşməsində mütaliənin müstəsna rolu varŞagirdlərin mənəvi aləminin zənginləşməsində mütaliənin müstəsna rolu varŞagirdlərin mənəvi aləminin zənginləşməsində mütaliənin müstəsna rolu varŞagirdlərin mənəvi aləminin zənginləşməsində mütaliənin müstəsna rolu var

Oxşar xəbərlər