Dövlət Mülki Aviasiya Administrasiyasının 10 yaşı tamam olur

Dövlət Mülki Aviasiya Administrasiyasının 10 yaşı tamam olur Azərbaycan Prezidentinin 2006-cı il 29 dekabr tarixli fərmanı ilə mülki aviasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə səlahiyyətli orqan - Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb.

Azərbaycan Prezidentinin daimi diqqəti nəticəsində ötən 10 il ərzində bu sahədə nəzarət sistemi formalaşdırılıb və Azərbaycan mülki aviasiyasının fəaliyyətini, həmçinin uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və aeronaviqasiya sahələrini tənzimləyən əsas sənədlər hazırlanıb.
Çox qısa zaman kəsiyində administrasiya ölkədə mülki aviasiyanın inkişafına böyük töhfə verib. Onlarla beynəlxalq təşkilat və dövlət qurumları ilə danışıqlar aparılıb, bunun sayəsində yeni sərnişin və yük marşrutlarının açılması ilə bağlı razılaşmalar əldə olunub. 2006-2016-cı illərdə 14 ölkə ilə Hava əlaqəsi haqqında sazişlər imzalanmağa hazırlanıb və hökümət səviyyəsində imzalanıb. 20 ölkənin aviasiya administrasiyaları ilə isə belə sazişlərin mətnləri razılaşdırılıb.
Azərbaycan Mülki Aviasiya Administrasiyası mülki aviasiyanın inkişafı, yeni aviadaşıyıcıların cəlb olunması və yeni beynəlxalq istiqamətlərin açılması məsələsində bundan sonra da səylə çalışacaq.

Tehsil-press.az

Oxşar xəbərlər