Müəllimlərin əməkhaqlarının hesablanması üçün online kalkulyator xidməti istifadəyə verilib

Müəllimlərin əməkhaqlarının hesablanması üçün online kalkulyator xidməti istifadəyə verilib Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün online kalkulyator xidməti istifadəyə verilib.
Bunun üçün Təhsil Nazirliyinin internet saytının “Aktual keçidlər” bölməsindən “Online kalkulyator” http://edu.gov.az/az/calc keçidini seçmək lazımdır.
Təhsil Nazirliyindən tehsil-press.az-a bildiriblər ki, online kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqlarını hesablama imkanı əldə edəcəklər.
Müəllimlər “Onlayn kalkulyator” (http://edu.gov.az/az/calc) keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və “hesabla” düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər.
Yeni xidmətin yaradılmasının məqsədi müraciət və şikayətlərin sayının azaldılması, şəffaflığın artırılmasıdır.
Gələcəkdə ilk peşə və orta ixtisas, ali təhsil müəssisələrində çalışan müəllimlərin də əməkhaqlarının online kalkulyator vasitəsilə hesablanması nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər