Dekabrın 2-də Göygöldə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.
Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də Göygöldə imtahan verəcək.
Təhsil Nazirliyindən tehsil bildiriblər ki, imtahanlar üç gün davam edəcək. Göygöl Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirmədə 7 min 500-dək müəllim iştirak edəcək.
Şuşanın Bərdədə yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri Göygöldə keçirilən diaqnostik qiymətləndirməyə cəlb ediliblər. Eyni zamanda, ötən il Gəncə şəhəri üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul olunan müəllimlər də bu imtahanlara qatılıblar.
Tehsil-press.az