Rusiyada ana 4 körpəsini yanan evdə qoyub qaçdı

Rusiyada ana 4 körpəsini yanan evdə qoyub qaçdı Valideynin hadisə zamanı sərxoş olduğu bildirilib.

Ananın uşaqlarını yanan evdə qoyub qaçması onların ölümü ilə nəticələnib. Tehsil-press.az-ın məlumatına görə, hadisə Rusiyanın Kurqan vilayətinin Lebyajye rayonunda baş verib.
Şahidlərin sözlərinə görə, evdə yanğın baş verəndə 25 yaşlı 4 uşaq anası küçəyə qaçıb. O, evdən 30 metr aralıda oturacaqda əyləşərək yanğına sakitcə tamaşa edib.
Yanğın söndürənlər gələndə ana onlara bildirib ki, uşaqları xilas edib. Svetlana bildirib ki, o, uşaqları pəncərədən ataraq xilas edib. Amma evə baxış zamanı yanğınsöndürənlər görüblər ki, pəncərələr bağlı olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Svetlana hadisə zamanı hədsiz sərxoş olub. Onun həyat yoldaşı isə işdə olub. Alov söndürüldükdən sonra xilasedicilər iki uşağın meyitini tapa biliblər. Axtarışlar uzun müddət davam edib. Nəhayət, digər iki qız uşağının da meyiti aşkar olunaraq götürülüb.
Yanğında həlak olanlar:
İlya - 5 yaş
Sergey - 3 yaş
Tatyana - 1,5 yaş
Dərya - 7 aylıq
Hadisə ilə bağlı Kurqan vilayətinin sakini Svetlana Podstavnikova barəsində cinayət işi açıblar. "Ana barəsində "ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə cinayət işi başlanılıb", - deyə Rusiya Federasiyasının istintaq komitəsindən bildirilib.


Tehsil-press.az

Oxşar xəbərlər