Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 3700 nəfərdən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına, 117 244 nəfər gənc peşəyönümü tədbirlərinə cəlb olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Tehsil-press.az-a verilən məlumata görə, onlardan 3 352 nəfər, o cümlədən 143 nəfər əlilliyi olan şəxs üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.
Bu dövrdə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən peşə hazırlığı kurslarına cəlb edilən gənclərin sayı isə 350 nəfər təşkil edib. Mərkəzdə peşə hazırlığı kursları dövründə sağlamlıq imkanları məhdud gənclərin burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı da həyata keçirilib. Ümumilikdə 2016-cı ildə nazirlik tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 3 702 nəfərin 493 nəfəri (13,3 faiz) əlilliyi olan şəxslərdən ibarət olub.
Kurslarda kompyuter istifadəçisi, mebel quraşdırıcısı, əməliyyatçı mühasib, dərzi, elektrik montyoru, qənnadçı, bərbər, xalçaçı, avtomobil təmiri üzrə çilingər, elektrik qaynaqçısı və s. peşələr tədris olunub. Peşələrin öyrədilməsi prosesində çevik və daha səmərəli peşə təlimi metodologiyasından ibarət olan modul tədris üsulundan da geniş istifadə edilib. Kursları bitirənlərə peşə sertifikatları verilib.
Gənclərin əmək bazarının tələbləri nəzərə alınmaqla gələcək peşə və ixtisas seçimini düzgün aparmaları məqsədilə peşəyönümü tədbirləri də davam etdirilib. Bir sıra hallarda valideynlərin də iştirakının təmin edildiyi bu tədbirlər vasitəsilə ötən il böyük əksəriyyəti orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan 117 244 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.
Tehsil-press.az