Bu ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 3560 nəfəri peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.
Bu barədə Tehsil-press.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İşçi qüvvəsinin daim inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir. ƏƏSMN tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, cari ilin yanvar-noyabr aylarında əlavə olaraq 3560 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.
Həmin vətəndaşlara dərzi, elektrik montyoru, kompyuter istifadəçisi, mebel quraşdırıcısı, əməliyyatçı mühasib, xalçaçılıq, avtomobil təmiri üzrə çilingər, elektrik qaynaqçısı, qənnadçı, bərbər və s. peşələr öyrədilib. Kursları uğurla başa çatdıran şəxslərə peşə sertifikatları verilib. Onların yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün nazirliyin aidiyyəti rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən müvafiq işlər aparılıb.
Qeyd edilən şəxslərdən 3240 nəfəri (o cümlədən 130 nəfər əlilliyi olan şəxs) üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. 320 nəfər isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində seçdikləri peşələr üzrə kurslara qəbul olunublar. Həmin gənclər mərkəzdə peşə bacarıqlarına yiyələndikləri müddətdə onların burada dövlət hesabına tibbi xidmətlərlə, yataqxana və yeməklə təminatı həyata keçirilib. Onlar cəmiyyətə fəal inteqrasiya imkanlarına malik olmaları üçün sosial reabilitasiya yönümlü tədbirlərə də cəlb ediliblər.
Əmək bazarının tələbləri əsasında gənclərin düzgün peşə və ixtisaslara istiqamətləndirilməsi üçün yanvar-noyabr aylarında valideylərin də iştirakı ilə keçirilən peşəyönümü tədbirlərində əlavə olaraq 102 337 nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Onların böyük əksəriyyətini orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri təşkil edib.
Tehsil-press.az