“Reina” terrorçusunun polislərə ilk sözü - “Məni öldürməyin...”

“Reina” terrorçusunun polislərə ilk sözü - “Məni öldürməyin...” İstanbulda “Reina” gecə klubunda 39 nəfəri qətlə yetirən terrorçunun yaxalanan zamanı dediyi ilk sözü məlum olub.

Tehsil-press.az xəbər verir ki, Əbdülqədir Maşaripov polislər tərəfindən ələ keçirilən zaman türkcə “məni öldürməyin” deyə yalvarıb.
Əldə edilən son məlumata görə, terrorçunun əslində ilk hədəfi Taksim meydanı olub. Bununla bağlı İŞİD əmirindən təlimat alsa da, həmin ərazidə təhlükəsizlik tədbirləri gücləndirildiyi üçün plan dəyişdirilib. Qeyd edək ki, Əfqanıstan və Pakistanda iki il təhsil alan Maşaripov özbək, rus, ərəb, çin və türk dillərini bilir.

Tehsil-press.az

Oxşar xəbərlər