NASA ABŞ iqtisadiyyatına trilyonlar qazandıracaq

NASA ABŞ iqtisadiyyatına trilyonlar qazandıracaq NASA Günəş sisteminə aid olan nəhəng asteroiddəki qiymətli metalların ümumi dəyərinin Yer kürəsinin hazırki iqtisadiyyatından 137 dəfə çox olduğunu hesablayıb. Asteroiddəki nikel, dəmir və qızıl və başqa nadir metalların ümumi dəyəri 10 min katrilyon dollar dəyərində hesablanır.
Tehsil-press.az xarici mediaya istinadən xəbər verir ki, NASA mütəxəssisləri 2023-cü ildə qiymətli mədənlərin aşkarlandığı asteroidə səfər edəcək.
Yupiter planetiin yaxınlığında yerləşən nəhəng asteroid qovşağı Yer kürəsininin iqtisadiyyatını 137 dəfə gücləndirmək gücündədir. Belə ki, hazırda planetin bütün iqtisadi potensialı 73,7 trilyon dollardır. Lakin əksi də baş verə bilər. Çünki həmin asteroiddəki zəngin ehtiyatlar Yer kürəsinə gətirilsə, o zaman bütün dövlətlərə aid olan, mədənlər, sənaye qurumlarının dəyəri ciddi surətdə aşağı düşə bilər. Bu isə onları çökdürməklə yanaşı, beynəlxalq iqtisadi böhrana səbəb olar. Yalnız iqtisadiyyatına trilyonlar daxil olan ABŞ həddindən artıq zəngin dövlətə çevrilər.

Tehsil-press.az

Oxşar xəbərlər