Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsi uğurla başa çatıb.
Layihə çərçivəsində Bakı SOS Uşaq Kəndində yaradılan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” bütün lazımi avadanlıqlarla təchiz edilib. 68 nəfər gənc bu mərkəzdə müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi və mühasibatlıq kurslarını müvəffəqiyyətlə bitirib. Təlimləri uğurla bitirən gənclər sırasından 5 nəfər isə artıq öz kiçik biznesini quraraq işləməyə başlayıb.
Bununla yanaşı, “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İB-nin veb-səhifəsində gənclərin məşğulluğu bölümü yaradılıb. Bu layihə çərçivəsində mərkəzdə keçirilən təlim və kursları tamamlayan 50 nəfər gəncin CV-ləri həmin bölümə əlavə edilib. Bölümdə həmçinin sözügedən layihə və tərəfdaşlar barədə ətraflı məlumat, müvafiq qanunvericilik və məşğulluq imkanlarının əldə edilməsi üçün əlavə faydalı məlumat var. Bölümə keçid: http://soschildren.az/1/static/33
Qeyd edək ki, bu layihə SOS UK Azərbaycan Assosiasiyasının benefisiarlarını və Təhsil Nazirliyinin tabeçiliyində olan müvafiq qurumların xidmət etdiyi uşaqları və gəncləri əhatə etməklə onların məşğulluq imkanlarının genişləndirilməsi və bu sahədə bilik və səriştələrinin artırılması üçün həyata keçirilib. Layihənin əhatə etdiyi benefisiarlar əsasən valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlar və gənclərdir.
Tehsil-press.az