Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan 2016-cı ilin adamı elan edirldi

Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan 2016-cı ilin adamı elan edirldi Uzun illər boyu dünyanın tarixi şəxsiyyətlərinin maddi-mənəvi irsini öyrənib onu geniş oxucu kütləsinə çatdırmaqla məşğul olan Tarixi Şəxsiyyətlər jurnalı 2016-cı ilin adamı nominasiyası üzrə səs vermə nəticəsində Türkiyə Respublikasının prezidenti cənab Tayyib Ərdoğanı "ilin adamı" mükafatına laiq görmüşdür. Redaksiya heyyəti jurnalın növbəti sayını xüsusi buraxılış şəklində Türkiyə respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğana həsr etmişdir. Bu jurnalda geniş formada Türkiyə - Azərbaycan əlaqələri, dövlət başçılarının qarşılıqlı səfərləri o cümlədən Türkiyə respublikasının ictimai-siyasi həyatının bir sıra aspektləri geniş işıqlandırılmışdır. Hər iki dövlətin elmi və siyasi dairələri tərəfindən ruh yüksəkliyi ilə qarşılanan jurnal iki qardaş dövlətin qarşılıqlı əlaqələrinin daha da inkişaf etməsində öz töhfəsini verəcəkdir.

Tehsil-press.az

Oxşar xəbərlər