Bu ilin may-iyun aylarında Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Magistr-2017” müsabiqəsi keçiriləcək.
Akademiyadan Tehsil-press.az-a verilən məlumata görə, AMEA prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən keçirilən müsabiqənin əsas məqsədi AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrlərin elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.
Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan 1-ci və 2-ci kurs tələbələri iştirak edə bilərlər. Yekunda hər kurs üzrə ən yüksək nəticələr göstərmiş üç magistr mükafatlandırılacaq.
Tehsil-press.az