Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyanın tərkibi açıqlandı

Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyanın tərkibi açıqlandı Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yaradılan Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyanın tərkibi açıqlanıb.

Akademiyadan tehsil-press.az-a verilən məlumata görə, komissiyanın sədri akademik Dilqəm Tağıyev təyin edilib.
Komissiyanın sədr müavini AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri isə akademik Telman Əliyev, akademik Hətəm Quliyev, akademik Vasif Babazadə, AMEA-nın müxbir üzvləri Nuru Bayramov və Namiq Cəlilov seçilib.
Komissiyanın yaradılmasında məqsəd yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər