Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin uşaqlıq və gənclik illəri çox ağır keçib, erməni vandalizminin ağrı-acılarını öz taleyində yaşayıb. Ancaq buna baxmayaraq, Əziz Əliyev sonrakı illərdə zəhməti və ağlı ilə işlədiyi sahələrdə böyük nüfuz qazanıb, tapşırılan bütün işlərin öhdəsindən bacarıqla gəlib. Babam dövlət orqanlarında tutduğu vəzifələrə öz zəhməti ilə yüksəlib.
Tehsil-press.az xəbər verir ki, bunu yanvarın 25-də Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illiyi münasibətilə hazırlanan elektron resursun təqdimat mərasimində iştirak edən Tamfira Əliyeva jurnalistlərə müsahibəsində deyib.
T.Əliyeva ixtisasca həkim olan babası Əziz Əliyevin tibb elminə və səhiyyə sahəsinə də sanballı töhfələr verdiyini, nümunəvi ailə başçısı kimi həmişə örnək olduğunu da diqqətə çatdırıb.
T.Əliyeva deyib: “Həmişə mənim yanımda olduğu üçün deyə bilərəm ki, Əziz Əliyev alicənab, yüksək mədəniyyətli, səmimi sədaqətli insan idi. Hətta deyə bilərəm ki, o, bu keyfiyyətlərə görə nümunə idi. Ona görə də Əziz Əliyev heç vaxt unudulmayacaq. O, tələbələrinin, onu tanıyanların, onunla bir yerdə işləyənlərin, şəxsən mənim qəlbimdə daim yaşayacaq”.
Tehsil-press.az