TARİXDƏ BU GÜN - 28 YANVAR

TARİXDƏ BU GÜN - 28 YANVAR 1923–cü il. “İnqilab və mədəniyyət” jurnalının ilk nömrəsi Tağı Şahbazi Simurqun baş redaktorluğu ilə çapdan çıxıb. 1953-cü ildə “Azərbaycan” adlandırılan jurnal o vaxtadək müxtəlif adlarla nəşr olunub. Jurnala müxtəlif dövrlərdə Cəlil Məmmədquluzadə, Ruhulla Axundov, Mirzə İbrahimov, Məmməd Arif, Mehdi Hüseyn, Əli Vəliyev, İsmayıl Şıxlı, Cabir Novruz, Yusif Səmədoğlu və digər görkəmli ədəbiyyat xadimləri baş redaktorluq edib. Prezidentin Fərmanı ilə jurnal 1997-ci ildən dövlət büdcəsinin vəsaiti hesabına çap olunur.
TARİXDƏ BU GÜN - 28 YANVAR
1992–ci il. Erməni silahlı qüvvələri Azərbaycanın dinc əhalisinə qarşı daha bir dəhşətli terror aktı həyata keçiriblər. Ağdam-Şuşa marşrutu ilə uçan “Mİ-8” sərnişin vertolyotu Xankəndidən atılmış “yer-hava” tipli raketlə vurulub. Vertolyotdakı 44 nəfərin hamısı həlak olub.
TARİXDƏ BU GÜN - 28 YANVAR
1980-ci il. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlı vəfat edib (1929–1980). O, Əməkdar Artist fəxri adına layiq görülmüş ilk diktordur (1964). Azərbaycan radiosunun “Qızıl fond”unda A.Qaradağlının ifasında dünya klassiklərinin, o cümlədən Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Şəhriyar, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza və Hüseyn Arifin əsərlərinin səs yazısı saxlanılır.
TARİXDƏ BU GÜN - 28 YANVAR
1828–ci il. Çar Rusiyası İranla müharibənin (1826-1828) gedişində Cənubi Azərbaycanın Urmiya şəhərini işğal edib. Bunun ardınca general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları Ərdəbili də ələ keçiriblər. Fevralın 10-da İran Rusiya ilə təslimçi Türkmənçay sülh müqaviləsini imzalamağa məcbur olub.
TARİXDƏ BU GÜN - 28 YANVAR
1887-ci il. Eyfel qülləsinin tikintisinə başlanıb. Fransa inqilabının 100 illik yubileyi münasibətilə tikilən Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Hər il qülləni korroziyadan qorumaq üçün 60 ton boya işlədilir. 1940-cı ildə Hitlerin qoşunları Parisə daxil olmazdan əvvəl fransızlar qüllənin liftini xarab ediblər. Bu səbəbdən də alman əsgərləri qülləyə öz bayraqlarını asa bilməyiblər. “Hitler Fransanı fəth etsə də, Eyfel qülləsini fəth edə bilmədi” ifadəsi belə yaranıb.

Tehsil-press.az

Oxşar xəbərlər