Yanacaq və enerji mənbələrinin insan sağlamlığına mənfi təsirinin aradan qaldırılması yolları araşdırılıb

Yanacaq və enerji mənbələrinin insan sağlamlığına mənfi təsirinin aradan qaldırılması yolları araşdırılıb Noyabrın 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq və İnşaat Elminə Yardım Xeyriyyə Fondu və Caspian Service LTD-nin birgə təşkilatçılığı ilə “Müasir inşaatda ekologiya və enerji səmərəliliyinin problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin həyətindəki abidəsinin önünə əklil qoyub, Ümummilli Liderin xatirəsini ehtiramla anıblar.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfransın əsas məqsədinin elm və texnologiyaların ən yeni nailiyyətlərinin tətbiqi ilə enerji mənbələrindən səmərəli istifadə, yüksək enerji qənaətinə nail olmaq, yanacaq və enerji mənbələrinin işlənməsi və istifadəsinin ətraf mühitə, eləcə də insan sağlamlığına mənfi təsirinin aradan qaldırılması yollarının öyrənilməsi olduğunu bildirib. Rektor tədbirdə dinlənəcək məruzələrin, bu sahədə aparılan elmi-tədqiqat işlərinin məsələnin həlli istiqamətində mühüm nəticələrə səbəb olacağına əminliyini bildirib.
“Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənov, Caspian Service LTD-nin idarə heyətinin sədri Rəhim Soltanov konfransın əhəmiyyətini qeyd edib, iştirakçılara uğurlar arzulayıblar.
AzMİU-nun ekologiya kafedrasını müdiri, professor Fəqan Əliyevin “Şəhərsalmada bərpa olunan enerji və ətraf mühit”, mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədovun “Mikroiqlim və enerji səmərəliliyi” mövzularında məruzələri dinlənib.
Sonra konfrans işini bölmələrdə davam etdirib.
Tədbirdə Ukrayna, Gürcüstan və İrandan, həmçinin ölkəmizin bir sıra ali təhsil müəssisələrinin nümayəndələr iştirak ediblər.

AzMİU-nun Mətbuat Xidməti


Yanacaq və enerji mənbələrinin insan sağlamlığına mənfi təsirinin aradan qaldırılması yolları araşdırılıbYanacaq və enerji mənbələrinin insan sağlamlığına mənfi təsirinin aradan qaldırılması yolları araşdırılıb

Oxşar xəbərlər