ABŞ prezidenti Donald Tramp bəyan edib ki, kütləvi informasiya vasitələri onun miqrasiya ilə bağlı qərarlarını təhrif edib.
Tehsil-press.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə D.Trampın yaydığı xüsusi açıqlamada bildirilir.
“Açıq və aydın demək istəyirəm ki, bu, müsəlmanlara qarşı yönələn qadağa deyil. Bu məsələni dinlə bağlamaq olmaz. Söhbət təhlükəsizlikdən və terrorun qarşısının alınmasından gedir. Dünyada 40-dan çox müsəlmanların çoxluq təşkil etdiyi ölkə mövcuddur ki, onlara qarşı heç bir məhdudiyyət tətbiq olunmayıb”, bəyanatda deyilir.
Qeyd edək ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
Tehsil-press.az