31.01.2017 - TARİXDƏ BU GÜN

31.01.2017 - TARİXDƏ BU GÜN 1992-ci il. Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik münasibətlər qurulub.
31.01.2017 - TARİXDƏ BU GÜN
1902-ci il. Şamaxı şəhərində 6,9 bal gücündə zəlzələ baş verib. Bu zəlzələ Şamaxı şəhərinin bütün tarixi ərzində ən güclü zəlzələ olub. Şəhərdə, demək olar, daş-daş üstündə qalmayıb. Onun xarabalıqları altında üç mindən çox adam qalıb.
31.01.2017 - TARİXDƏ BU GÜN
1884-cü il. Görkəmli dövlət xadimi, jurnalist, dramaturq, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə (1884-1955) anadan olub. 1922-ci ildə mühacirət edib. 1955-ci il martın 6-da Ankarada vəfat edib və “Cəbəçi” (Əsri) bələdiyyə məzarlığında dəfn edilib. Ankara şəhər bələdiyyəsinin təşəbbüsü ilə Məmməd Əmin Rəsulzadəyə qəbirüstü memorial abidə qoyulub, Azərbaycan ilə Türkiyənin bayraqları asılıb.
31.01.2017 - TARİXDƏ BU GÜN
1729-cu il. İstanbulda ərəb şrifti ilə ilk kitab çap olunub - ərəb lüğətçisi Əbu Həsr İsmayıl ibn Həmməd əl-Fərabi əl-Cauharinin izahlı lüğəti türk dilinə tərcümədə işıq üzü görüb. Dövrünün ən məşhur lüğətlərindən biri sayılan bu lüğət min ildən çox birinciliyi əldən verməyib. VIII əsrin ikinci yarısına aid olan lüğət “Nitqin tacı və ərəb dilinin düzgünlüyü” adlanırdı. Əl-Cauhari lüğətə 40 min izahlı termin əlavə edib.
31.01.2017 - TARİXDƏ BU GÜN
1797-ci il. Avstriya bəstəkarı, musiqidə romantizm cərəyanının banilərindən biri, təqribən 600 vokal kompozisiyanın, habelə xeyli kamera və solo fortepiano musiqisinin müəllifi Frans Şubert (1797-1828) anadan olub. Bəstəkarın “Qu quşu nəğməsi” toplusundan “Serenada” əsəri, habelə “Ave Mariya”, “Sığınacaq”, “Dənizin sahilində” mahnıları dünya şöhrəti qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər