TARİXDƏ BU GÜN - 2 FEVRAL

TARİXDƏ BU GÜN - 2 FEVRAL 1996–cı il. Azərbaycan gənclərinin ilk Ümumrespublika forumu keçirilib. Forumda Prezident Heydər Əliyev iştirak edib. Prezident Heydər Əliyevin imzaladığı Fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.
TARİXDƏ BU GÜN - 2 FEVRAL
2004–cü il. Türkiyə hökuməti Aralıq dənizi sahilində yerləşən, Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil edilən karbohidrogenləri Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə qəbul edən Ceyhan neft terminalına Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul edib.
TARİXDƏ BU GÜN - 2 FEVRAL
1920–ci il. Erməni quldur dəstələri Qərbi Azərbaycandakı (indiki Ermənistan) Şuragel kəndində dəhşətli qırğın törədiblər. Kənd əhalisinin böyük hissəsi - əksəriyyəti qadın, qoca və uşaqlar olmaqla minədək insan qətlə yetirilib.

Tehsil-press.az

Oxşar xəbərlər