Cari ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Səfirlikdən Tehsil-press.az-a verilən məlumata görə, tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və Səfirliyin əməkdaşları iştirak edib.
Tədbiri giriş nitqi ilə açan Səfirliyin müşaviri Məmməd Talıbov Ümummilli liderin keçdiyi həyat yolu və onun Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlər barədə danışıb. Bildirmişdir ki, Vətənimizin ən çətin vəziyyətində və faciə qarşısında olduğu bir zamanda Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunmasına və sonrakı illərdə uzaqgörən siyasəti, müdrik və qətiyyətli addımları nəticəsində ölkənin hərtərəfli inkişafına nail olub. Müasir Azərbaycan dövlətinin banisi olan Ulu öndərin qətiyyətli mövqeyinin və uzaqgörənliyinin nəticəsi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi irimiqyaslı tarixi layihələrin Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahında rolu qeyd edilib. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, dövlətçiliyimizin daha da möhkəmləndirildiyi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun günü-gündən artdığı qeyd olunub.
Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfirliyin müraciəti əsasında, Vaşinqton şəhərində yerləşən İslam Mərkəzində Ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunmuş və ona Allahdan rəhmət dilənib. Cari ilin 9 dekabr tarixində isə Səfirlik tərəfindən İslam Mərkəzində cümə namazının ardınca ehsan verilib.
Tehsil-press.az