12 dekabr – ümummilli lider Heydər Əliyevin anım günüdür

12 dekabr – ümummilli lider Heydər Əliyevin anım günüdür
Əbədiyaşar lider...


Müstəqilliyimizin reallaşması, dövlətçiliyin xilası və demokratik hüquqi dövlət quruculuğu məhz bilavasitə Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Xalqımızın böyük oğlu Heydər Əliyev müstəqilliyimizi nəinki qoruyub saxladı və həm də əbədiləşdirdi.
Heydər Əliyev çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir.
Qədim yunan filosofları o kəsləri dahi hesab edirlər ki, onlar heç kəsin görə bilmədiklərini görə bilsinlər. Heydər Əliyev məhz belə dahilərdən idi. Böyük öndərimizin titanik fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə özünə layiqli yer tutub, ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri ilə bərabərhüquqlu əməkdaşlığa nail olub.
Öz xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, tarixi roluna görə Heydər Əliyevi dünya miqyaslı siyasi xadimlərlə-Mustafa Kamal Atatürk, Franklin Ruzvelt, Şarl de Qoll ilə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi öz missiyasını böyük əzm və şərəflə yerinə yetirmişdir.
Ulu öndərimizin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.
12 dekabr – ümummilli lider Heydər Əliyevin anım günüdür
1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" nəticəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərinin reallaşması ölkəmizin dünya bazarında nühüm yer tutmasında, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olmasında həlledici rol oynadı, Azərbaycanın hərtərəfli inkişafında dövlət müstəqilliyinin möhkəmlənməsinə səbəb oldu.
Ulu öndərimizin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk Milli Konstitusiya Azərbaycan Respublikasnda hüquqi, dünyəvi dövlət quruculuğunu bərqərar etdi. İlk dəfə olaraq dövlətimiz insan hüquqlarının qorunmasını öz siyasətinin prioriteti kimi qəbul etdi.
Ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya həm bugünümüzün, həm də gələcəyimizin əsaslı hüquqi bazasıdır. Onun çoxşaxəli fəaliyyəti azərbaycançılıq, türkçülük qayəsi üzərində köklənmişdi. O deyirdi: “Azərbaycana məhəbbət, xalqıma məhəbbət qanımdadır, beynimdədir, varlığımdadır. Heç kəs, heç bir qüvvə bu məhəbbəti ala bilməz".
Məhz onun gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur.
Göründüyü kimi, Azərbaycan dövləti ulu öndərimizin müəyyənləşdirdiyi strateji kursla onun ən layiqli siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə - inkişaf etmiş ölkələr səviyyəsinə doğru inamla irəliləyir.

Sahib Məmmədov,
Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri

Oxşar xəbərlər