İrlandiya Şahmat Federasiyasının nümayəndə heyətinin üzvü Kevin O’Konnelin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.
Bu barədə Tehsil-press.az-a XİN-dən verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, İrlandiya Şahmat Federasiyasının nümayəndə heyətinin üzvü Kevin O’Konnel Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına tam hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadları barədə əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşımadığını vurğulayıb.
Kevin O’Konnel səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədəyini bildirib. O, bu qondarma rejimin Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaradılığını yazıb.
İşğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istəyən Kevin O’Konnel gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
O, qeyd olunanları nəzərə alaraq, 2016-ci ilin 20 avqust tarixindən 20 sentyabr tarixinədək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası və FİDE-nin 87-ci Konqresində iştirak etmək üçün Azərbaycana səfər etməsinə icazə verilməsini xahiş edib.
Kevin O’Konnelin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun Azərbaycana səfər etməsi üçün müvafiq viza rəsmiləşdirilməsinin həyata keçirilməsi barədə qərar qəbul olunub.
Tehsil-press.az