CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 2-də 58,04 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,57 dollar/barel çoxdur.
Bu barədə Tehsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib. Beləliklə, "Azeri Light"ın qiyməti 2015-ci il iyulun 22-dən ilk dəfə 58 dollar/bareli ötüb.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 2-də 57,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 2-də 53,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,44 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 2-də 56,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,37 dollar/barel çoxdur.
Tehsil-press.az