Neftimiz 1,5 faiz ucuzlaşıb

Neftimiz 1,5 faiz ucuzlaşıb CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 19-da 54,79 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,85 dollar/barel azdır.

Bu barədə Tehsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 19-da 53,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 19-da 51,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,81 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 19-da 53,31 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,89 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər