Neftimiz cüzi ucuzlaşıb

Neftimiz cüzi ucuzlaşıb CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 55,83 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 1,37 dollar/barel azdır.
Bu barədə Tehsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 54,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,41 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 9-da 51,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 9-da 54,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,61 dollar/barel azdır.

Tehsil-press.az


Oxşar xəbərlər