Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus qırıcının Suriyada Türkiyə hərbi kontingentinin olduğu binaya aviazərbələr endirməsinin səbəbi Əl-Bab rayonunda əməliyyat zamanı koordinatların razılaşdırılmaması olub.
Təhsil-press.az bildirir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
“Prezident Putin Təhlükəsizlik Şurasında iclas zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı barədə məlumat verib. Rusiya lideri türkiyəli həmkarına Əl-Babda RF hərbi təyyarəsinin Türkiyə hərbi kontingentinin olduğu binaya aviazərbələr endirməsi nəticəsində üç türk əsgərin həlak olmasına görə başsağlığı verib”, - Peskov deyib.
D.Peskov onu da xatırladıb ki, ondan əvvəl Rusiya və Türkiyə Baş qərargahlarının rəisləri arasında danışıq olub. Həmin danışıqda Suriya Ərəb Respublikasında birgə hərəkətlərin koordinasiya mexanizmini təcili təkmilləşdirmək qərara alınıb.
Qeyd edək ki, bu gün saat 08:40-da Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalaması nəticəsində üç əsgər həlak olub, 11-i yaralanıb.
* * *19:27
Suriyada Rusiya qırıcısı səhvən türk hərbçiləri atəşə tutub.
Təhsil-press.az-ın məlumatına görə, nəticədə Türkiyənin 3 hərbçisi ölüb, 11-i yaralanıb.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda deyilir: ““Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab bölgəsində fevralın 9-u saat 08:40 radələrində İŞİD hədəflərinə zərbələr endirən Rusiyaya məxsus bir döyüş təyyarəsi səhvən Türkiyə hərbçilərinin olduğu binanı atəşə tutub. Nəticədə 3 hərbçimiz həlak olub, biri ağır olmaqla, 11-i yaralanıb.
Rusiya rəsmiləri bunun bir qəza olduğunu, təəssüfləndiklərini bildirib və başsağlığı veriblər".
Qeyd olunur ki, eyni məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putin də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və təəssüfləndiyini bildirib.
Təhsil-press.az