Rusiya qırıcısı səhvən türk hərbçiləri vurdu: 3 ölü, 11 yaralı (YENİLƏNİB)

Rusiya qırıcısı səhvən türk hərbçiləri vurdu: 3 ölü, 11 yaralı (YENİLƏNİB) Suriyada Rusiya qırıcısı səhvən türk hərbçiləri atəşə tutub.

Təhsil-press.az-ın məlumatına görə, nəticədə Türkiyənin 3 hərbçisi ölüb, 11-i yaralanıb.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda deyilir:
"Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab bölgəsində fevralın 9-u saat 08:40 radələrində İŞİD hədəflərinə zərbələr endirən Rusiyaya məxsus bir döyüş təyyarəsi səhvən Türkiyə hərbçilərinin olduğu binanı atəşə tutub. Nəticədə 3 hərbçimiz həlak olub, biri ağır olmaqla, 11-i yaralanıb.
Rusiya rəsmiləri bunun bir qəza olduğunu, təəssüfləndiklərini bildirib və başsağlığı veriblər".
Qeyd olunur ki, eyni məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putin də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və təəssüfləndiyini bildirib.

Təhsil-press.az

Oxşar xəbərlər