Prezident İlham Əliyev AŞPA-nın hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisini qəbul edib

Prezident İlham Əliyev AŞPA-nın hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteksi qəbul edib.

Təhsil-press.az xəbər verir ki, Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin 15 ildən çoxdur davam etdirildiyini qeyd edən dövlətimizin başçısı ölkəmizin Avropa strukturları ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq bu günlərdə Avropa İttifaqındakı mühüm və səmərəli görüşlərini xatırladı.
Görüşdə ölkəmizin daha da müasirləşdirilməsi və demokratikləşməsi istiqamətində atılan addımlar, həyata keçirilən islahatlar və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən işlərdən danışıldı, Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Təhsil-press.az

Oxşar xəbərlər