Elektrik enerjisi istehsal edən taxta döşəmə

Elektrik enerjisi istehsal edən taxta döşəmə ABŞ-ın Viskonsin Universitetinin alimləri üzərində yeridikdə enerji istehsal edən döşəmə örtüyü yaradıblar. Alimlərin fikrincə, kimyəvi emal olunmuş sellüloz lifləri elektrik enerjisini istehsal etməyə imkan verir.
Təhsil-press.az “budport.com” saytına istinadla xəbər verir ki, xüsusi texnologiya vasitəsilə hazırlanmış yonqar qalınlığı bir millimetrdən artıq olmamaq şərti ilə funksional elementlər şəklində döşəməyə düzülür.
Tədqiqatçılar ticarət mərkəzləri və stadionlarda yonqar döşəmələrinin quraşdırılması nəticəsində şəhərin əlavə enerji mənbəyi ilə təchiz ediləcəyinə əmindirlər.
Aparılmış tədqiqatlar bu örtüyün adi döşəmələrə nisbətən daha davamlı olacağını göstərir.

Təhsil-press.az

Oxşar xəbərlər